Yazar Yorum Yap 29 views

Qurd xəstəlikləri həm uşaqlarda, həm də böyüklərdə ən yayılmış xəstəliklərdən biridir.

Qurdları orqanizmdən təmizləmək üçün çoxlu sayda dərmanlar var. Lakin bəzi xalq təbabəti vasitələri effektivliyinə görə bu dərmanlardan heç də geri qalmır. Həmçinin belə təbii vasitələrin heç bir yanaşı və əks-təsiri yoxdur.

Saglamolun.az sizə ən tanınmış təbii qurdqovucu vasitənin reseptini təqdim edirik.

Tərkib:

— 200 qr təmizlənməmiş balqabaq tumları

— 5-6 diş sarımsaq

— 2 x.q. təbii bal.

Hazırlanması:

1. Balqabaq tumları quru tavada bir qədər qızardılır, təmizlənir və blenderdə əzilir.

2. Sarımsaq təmizlənir, sarımsağəzənlə əzilir, əzilmiş tumlara əlavə olunur, qarışdırılır.

3. Kütləyə bal əlavə olunur, yaxşı qarışdırılır, 12 saat ərzində sərin qaranlıq yerdə saxlanılır.

İstifadəsi:

Hər gün acqarına səhər yeməyindən ən azı 30 dəqiqə əvvəl qəbul olunur. Böyüklər 1 x.q., uşaqlar 1 ç.q. qəbul etməlidir. Müalicə kursu 3-4 gün.

Etiketler