Uşaqlarda dəmir çatışmazlığı

Uşaqlarda dəmir çatışmazlığı

Yazar Yorum Yap 48 views

Dəmir çatışmazlığı bütün yaş qruplarında xüsusən isə 6-24 ay arası ilk iki yaş dövründə daha çox rast gəlinir. Həmçinin yeniyetməlik dövründə də hər iki cinsdə dəmir çatışmazlığı daha çox müşahidə olunur. Hamiləlik dövründə anada ağır anemiya müşahidə edilmədikcə yenidoğulan uşaqlarda kifayət qədər dəmir deposu olur. Ana südü ilə qidalanan uşaqlarda ilk 6 ay ərzində dəmir çatışmazlığı əsasən müşahidə edilmir. Səbəb isə ana südünün tərkibində olan dəmir rahat uşağın orqanizmi tərəfindən mənimsənilməsidir. Dəmir çatışmazlığı orqanizmdə həm anemiya kimi, həmçinin digər sistemlərin də funksiyasının pozulması kimi özünü büruzə verə bilər.

6-cı aydan etibarən uşaqlarda meydana çıxan dəmir çatışmazlığın əsas səbəbi sürətli böyümə və qida rasionunda dəmirlə zəngin qidalar yeməmə, tez-tez infeksion xəstəliklər keçirmə və ya dərman qəbuluna bağlı ola bilər. Həmçinin yeniyetmə dövründə (12-18 yaş) dəmir çatışmazlığın əsas səbəbi sürətli böyümə, kifayət qədər dəmirlə zəngin olmayan qidalanma və s. səbəblərə bağlıdır. Gizli qanamaya səbəb olan xronik dəmir çatışmazlığı anemiyası nadir olsa mədə xorası, mekkel divertikulu, polip, hemangioma və ya iltihabi bağırsaq xəstəliklər kimi həzm sistemi problemləri ola bilər. Bilinməyən qan itkiləri çox daha nadir olub çölyak xəstəliyi, xronik ishal və ya pulmonar hemosideroz kimi qanamalara bağlı ola bilər. Xüsusən parazitlərdə dəmir çatışmazlığına səbəb ola bilər. Yeniyetməlik dövründə qızlarda əsasən dəmir çatışmazlığı daha çox sürətli böyüməyə və menstrual tsiklə bağlıdır.

Ümumi olaraq dəmir çatışmazlığının səbəbləri aşağıdakı kimi sadalan bilinər:

  • Kifayət qədər qidanın dəmirlə zəngin olmaması
  • Sürətli

böyümə

  • İnək südünün çox (gündə >500 ml dən çox) qəbulu
  • Pəhrizlər
  • Xronik infeksiyalar (məs: sidik yolu infeksiyaları)
  • Xronik ishallar
  • Xronik xəstəliklər (məs: talassemiya, Çölyak xəstəliyi)
  • Həzm problemləri
  • Kəskin və ya xronik qan itirmə (sidikdə və ya nəcisdə)
  • Kəskin burun qanamaları
  • Bağırsaq parazitləri
  • Düz bağırsaqda çatlar
  • Bəzi dərmanlar

Klinik əlamətlər hansılardır?

Anemiya inkişaf etdikdə yorğunluq,əsəbilik, halsızlıq, yuxu pozğunluqları, iştahsızlıq, baş dönməsi, ürək döyünmə, tez yorulma, dəri rəngində solğunluq, dildə ağrı( həmçinin parlaq və şişkinlik), dad alma hissində azalma, saçlarda və dırnaqlarda qırılma, qaşıq dırnaq, dırnaqda zolaqlı xətt, ağız kənarında yara kimi əlamətlər ortaya çıxır. Solğunluq əsasən göz qapaqların içinə, yanaq və ağız içinə, ovuc içinə və dinaq yatağına diqqətlə baxdıqda bilinir. Yad cisim yeməyə (torpaq, duz, kağız və s.) meyl yarana bilər (Pika sindromu- saytımızda bu barədə geniş məlumat vardır). Həmçinin uşaqlarda fiziki-psixi inkişafında- dərslərdə diqqətsizlik, məktəb naliyyətlərində düşmə, başa düşmə çətinliyi, əqli gerilik də müşahidə oluna bilinər. Beləki, dəmir çatışmazlığı olan uşaqlarda tez tez infeksiyon xəstəlik keçirməyə meyl olduğu da görülmüşdür.Uşaqlarda dəmir çatışmazlığına bağlı olaraq katılma nöbeti ( ağlayarkən göyərib qalma) müşahidə edilə bilinər və bu barədə saytımızda ayrıca məqalə mövcuddur.

Müalicədə uşaqlara əsasən sirop və ya damla formasında dəmir preparatları verməyə üstünlük verillir. Böyük uşaqlarda yəni yeniyetmələrdə kapsula forması da istifadə oluna bilinər. Ağır formalı dəmir çatışmazlıq hallarında preparat əzələ daxilinə və ya damar içi də verilə bilinər. Dəmir preparatlardan biolojik olaraq vacib olan orqanizm tərəfindən asanlıqla mənimsənilən +2 dəyərli ferroz dəmirdir. Ən çox müalicədə istifadə olunan Ferroz sulfat, ferroz glukonat, ferroz fumarat və ferroz suksinatdır. Dərmanlar əsasən gündə 1- 2 dəfə və ac olanda (yemədən 2 saat sonra) verilməlidir. Süd və süd məhsulları ilə birgə qəbul edilməməsi məsləhət görülür. Əgər süd içilibsə dəmir preparat qəbulu üçün minimum yarım saat keçməsi gözlənilməlidir. C vitamini tərkibli qidalar və mayelər dəmirin orqanizmdə mənimsənilməsini artırır. Dəmir preparatlarının nizamlı qəbul edilməsi vacibdir. Dəmir preparatı qəbulu ilə yanaşı dəmirlə zəngin qidaların da qəbul edilməsinin vacib olduğu valideynlərə bildirilməlidir.

Dəmir preparatların az olduğu qədər çox olması da zərərlidir. Ona görə dəmir preparatlarını həkimin dediyi doza və müddətdə qəbul edilməsi vacibdir.

Müalicə müddəti nə qədər olmalıdır?

Müalicə müddəti təxminən 3 aydır. Dəmir müalicəsi bitdikdən 3 ay sonra uşaq yenidən müayinə olunmalıdır. Əgər müalicə müddətindən sonra hemoqlobin dəyəri normala dönmürsə, onda uşaqda başqa problemlər araşdırılmalı və inkar edilməlidir. Xüsusən də gizli qan itkisi olub- olmaması öyrənilməlidir. Dəmir preparatların qəbulu 5 aydan artıq olmamalıdır.

Diqqət olunmalı vacib məqamlar:

Dəmir preparatların dadı çox yaxşı olmadığından bəzi uşaqlar dərmanı qəbul etmək istəmirlər. Bu uşaqlarda dərmanın portağal suyu ilə birlikdə verilməsi həm dadı həm də mənimsənilmənin artması baxımından yaxşıdır.

Dərman istifadəsinə bağlı olaraq uşaqlarda qəbizlik və ya ishal, qarın ağrısı və mədədə yanma hissi kimi yan təsirlər yarana bilir. Dərmanın qəbulu dövründə uşağın nəcisinin rəngini dəyişərək tündləşməsi qaraya meyl etməsi müşahidə olunur.

Dişlərin qaralmasının qarşısını almaq üçün dəmir preparatını pipetka ilə və ya qaşığı dişlərlə təmas etdirməyərək dilin

arxasına doğru qəbul edilməli və ya dərmanın su və ya meyvə suyu ilə qarışdırılıb verilməsi məsləhət görülür. Həmçinin dərman qəbulundan sonra dişlərin yuyulması da məqsədə uyğundur.

Dəmir çatışmazlığı müalicə edilməsə nə baş verə bilər?

Dəmir beynin inkişafında mühüm rol oynayan elementlərdən biridir. Ona görə südəmər dövürdə dəmir çatışmazlığı anemiyası diaqnozu qoyulub müalicə edilmədikdə uşaq gələcək dövürdə əqli gerilik yarana bilir. Dəmir çatışmazlığı anemiyası olan uşaqlarda inkişaf geriliyi və diqqət defisiti yarana bilər. Məktəb nailiyyətləri daha aşağı olar. Həmçinin dəmir çatışmazlığı anemiyası davam edərsə sonrakı dövrdə halsızlıq, yorğunluq, iştahsızlıq kimi əlamətlərdə müşahidə edilir. Ağır dəmir çatışmazlığı anemiyasında ürək çatışmazlıq əlamətlərdə meydana çıxa bilər.

Dəmir çatışmazlıq anemiyasının inkişaf etməsinin qarşısını almaq üçün hansı tədbirlər edilməlidir?

Dəmir çatışmazlığı olan uşaqlarda həkim müayinəsi aparılmalı və uyğun qan analizləri verilməlidir. Ssüdəmər dövrdə 4 cü ayın sonundan, vaxtından əvvəl doğulmuş uşaqlar isə 1 ci ayın sonunda həkim müayinəsi və tövsiyəsi ilə dəmir preparatı başlanıla bilinər. Sonra əlavə qida başlandıqca qidanın dəmirlə zəngin olmasına da diqqət edilməlidir. Dəmir preparatların verilsə də əgər qida ilə (xüsusən qırmızı ət ilə) dəstəklənməzsə onda müalicə cavab istədiyimizi almaya bilərik.

həkim müayinəsi və tövsiyəsi ilə dəmir preparatı başlanıla bilinər. Sonra əlavə qida başlandıqca qidanın dəmirlə zəngin olmasına da diqqət edilməlidir. Dəmir preparatların verilsə də əgər qida ilə (xüsusən qırmızı ət ilə) dəstəklənməzsə onda müalicə cavab istədiyimizi almaya bilərik.

Dəmirlə zəngin qidalar hansılardır?

Dana və qoyun ət kimi qırmızı ət növləri, qaraciyər, yumurta sarısı, mərcimək- noxud kimi paxlalılar və üzüm bəhməz aiddir. İspanaq, çay dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mənfi təsir göstərir.

Mütəxəssis pediatr Dr. Nərmin Əzizova

K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı/Pediatriya.az

Etiketler