Britaniyalı alimlər aşkar ediblər ki, dünyaya uşaq gətirmək qadınların ağlını artırır. Uşağın doğulmasından sonra qadınların beyni sürətlə inkişaf etməyə başlayır. Riçmond universitetinin eksperti Kreq Kinsli bildirib ki, aparılan araşdırmalar nəticəsində uşaq dünyaya gətirən qadınlarda dərslikdəki materialları yadda saxlamaq qabiliyyətinin artması üzə çıxıb. Həmçinin ana olan qadınlarda beyinlərin inkişaf tempi 10 ilə yaxın davam edə bilər. Uşaqların ana südü ilə bəslənməsi və hamiləlik dövründə beyinin müxtəlif hissələrinin hormonlarında genişlənmə baş verir.