Xəstəliklərə ən davamlı QAN QRUPU

Xəstəliklərə ən davamlı QAN QRUPU

Yazar Yorum Yap 363 views

Böyük Britaniyada aparılan yeni araşdırmada hansı qan qrupunun xəstəliklərə qarşı daha davamlı olduğu üzə çıxıb.

Tədqiqata görə, ən davamlı qan qrupu I (O) olaraq elan edilib.

Bildirilib ki, bu qan qrupu olan insanların bir çox xəstəliyə tutulma ehtimalı digər qan qruplarına malik olanlara nisbətən daha azdır.

London Universitetinə bağlı “Royal Holloway” Universitetində aparılan araşdırmada qan qruplarının qan təzyiqi, yoluxucu xəstəliklərə tutulma ehtimalı və xərçəng riski kimi bir çox xəstəliyin səbəbi ola biləcəyi ifadə edilib.

Araşdırmada qan qrupunu təyin edən genlərin də beyində CVT adlı qan laxtalanma riski ilə əlaqəli olduğu bildirilib. 882 nəfər üzərində aparılan araşdırmada tədqiqatçılar AB (IV) qan qrupu olan insanların digər qruplarla müqayisədə CVT riskinin orta hesabla 5,6 dəfə, O (I) qan qrupu olanların isə yarısı qədər yüksək olduğunu qeyd ediblər.

Son illərdə ABŞ-da aparılan bir araşdırmada AB (IV) qan qrupu olan insanların ürək xəstəliyinə tutulma ehtimalının 23%, B (III) qan qrupu olanların isə O (I) qrupuna nisbətən 11% daha riskli qrupda olduğu vurğulanıb.

Başqa bir araşdırmada O (I) qan qrupu olan insanların hava çirkliliyi kimi ətraf mühit faktorlarına qarşı daha davamlı olduqları, həmçinin onların infarkt keçirmə ehtimalının daha az olduğu qeyd olunub. / publika.az

Etiketler