Kovid kişilərin ata olmaq şansını azaldır

Kovid kişilərin ata olmaq şansını azaldır

Yazar Yorum Yap 80 views

Kovid infeksiyası kişilərdə spermanın səviyyəsinə mənfi təsir edir.
Medicina.az xəbər verir ki, Belçikanın elmi institutunun apardığı son elmi tədiqiqatda kovidə yoluxmuş kişilərin ata olmaq şansı yoxlanılıb.
120 nəfər kovid olub sağalmış kişidən götürülmüş sperm nümunələri araşdırılıb. Kişilərin yaşı 30-35 yaş aralığında olub.Sperm analizi xəstəlikdən 50 gün sonra götürülüb.
Baxmayaraq ki, spermdə heç bir virus hissəciyi, qalığı aşkarlanmayıb, əvəzində keyfiyyət və hərəkətlilik pozulmuş olub.
Sperm hərəkətliliyi koviddən sağaldıqdan 2-3 ay sonra tədricən bərpa olmağa başlayıb.
Alimlər hesab edir ki, bu səbəbdən kovid keçirmiş kişilərin sağaldıqdan sonrakı 3-5 ay ərzində ata olmaq şansı çox aşağı olur.
Ona görə 4-5 ay tam bərpanı gözləmək lazımdır. İstisna deyil ki, 1-2% kişilərin reproduktiv sağlamlığı heç bərpa olmaya bilər.

Etiketler