«İybilmə, qoxu hissinin itməsi halı ilə çoxları qarşılaşıb. Təbii ki, bu hal əksər hallarda müvəqqəti xarakter daşıyır. Qoxu hissiyyatı hansı hallarda itə bilər? Belə hallarda nə etmək lazımdır?
Day.Az SİA-ya istinadən məsələ ilə bağlı həkim-infeksionist Namiq Nəbiyevin fikirlərini öyrənib.
Onun sözlərinə görə, qoxu hissinin itməsi əsasən son zamanlar koronavirus xəstəliyi ilə bağlı əlaqələndirilir: «Çünki bildiyimiz kimi, koronavirus keçirən insanlarda dadbilmə, iybilmə funksiyaları yox olur».
Həkim sözlərinə belə davam edib: «Bunun üçün məsləhətdir ki, xəstə koronavirusdan analiz versin. Əgər doğurdan dadbilmə, iybilmə itibsə buna uyğun tədbir görülməlidir».