Mikrodalğalı sobada isidilən, hazırlanan qidada kanserogen maddələr yarandığı sübut edilib.
Rusiyalı dietoloq həkim Nataliya Kruqlova mikrodalğalı sobada plastik qabda qidanın qızdırılmasının insan üçün ölümcül və dəhşətli fəsadlı ola biləcəyini açıqlayıb.
Qidanın plastik qabda, birdəfəlik qabda, marketdən alındığı plastik paketdəcə mikrodalğalı sobada buzunun açılması, isidilməsi, hazırlanması onkoloji xəstəliklərin inkişafına zəmin yarada bilər.
“Plastik ilə sobanın isti və şüa dalğalarının təsirindən yaranan zərərli birləşmələr qida ilə orqanizmə daxil olur. Əgər bu bir –iki dəfə baş verərsə ciddi təsiri olmaz. Amma hər gün mütəmadi mikrodalğalı sobada plastik qabda yemək
qızdırmaq birbaşa riskdir. Mikrodalğalı sobada orqanizm üçün təhlükəsiz qab şüşə qabdır.
Ümumiyyətlə qidaların təkrar isidilməsindən uzaq durmaq lazımdır. Hər dəfə termik işləmə qidanın tərkibini dəyişir, orda zərərli birləşmələr yaradır.
Qeyd edək ki, həkimlər qidanın klassik qaydada, sobada, qaz üzərində normal qabda isidilməsini məsləhət görür.//medicina.az