Qışda bu meyvələri çox yeyin

Qışda bu meyvələri çox yeyin

Yazar Yorum Yap 21 views

Qışda daha çox vitamin qəbul etmək lazımdır. Bu, həm immuniteti gücləndirəcək, həm də sizi xəstəliklərdən qoruyacaq.

Axşam.az xəbər verir ki, qış meyvələrini çox tükətmək daha xeyirlidir. Soyuq havalarda bu meyvələrdən çox yeyin?

Heyva:
Həzmi gücləndirir, susuzluğu yatırdır, mədə və qaraciyər üçün faydalıdır. Həzmi asanlaşdırır. Yetişmiş heyvanın qabığını soyub, içini təmizləyib onu dörd yerə bölürlər. Üzərinə bal və ədviyyat əlavə edib bişirirlər. Bu soyuqdəyməyə xeyirlidir və ürəkbulanmanın qarşısını alır. Turş heyvanı qaynadıb, onun suyunu içmək tez-tez ürəkgetmənin qarşısını alır. Heyva toxumlarının tərkibində 18 faizə qədər selikli maddələr, 20 faiz piyli yağ, qatran və çoxlü zülal var. Xalq təbabətində heyvanın yarpaqlarını qurudub onu çay kimi dəmləyərək içirlər. Bu, ürək ağrısını sakitləşdirir.

Nar:
Öd şiddətini yatırdır. Mədəni möhkəmləndirir, ishala qarşı yaxşı təsir edir. Narın suyu vam odda bişirilir və üçdə biri qədər bal əlavə edilir. Bu sətəlcəm və sinə ağrısına, iştahsızlığa, boğaz ağrısına, bağırsaq, öd şiddətinə qarşı xeyirlidir. Meyxoş narı dənələyib, sıxıb, onun suyunu çıxarırlar. Dörddə bir hissəsi qalanadək qaynadırlar. İçərisinə nanə əlavə edib içirlər. Bu, ürəkbulanmanın qarşısını alır, iştahı artırır. Şirin nar üzün dərisini hamarlaşdırır, sifətin rəngini açır. Nar qabığını yandırıb döyün. Ununu sirkə ilə qatıb, bərk öskürəyi olan adamın sinəsinə sürtün. Meyxoş nar şirəsi hərarəti aşağı salır. Çinlilər nar qabığından qurd dərmanı kimi də istifadə edirlər.

Feyxua:
Feyxua şəkər xəstəliyinin dərmanıdır. Təzyiqi yaxşılaşdırır, beyinin qan dövranını asanlaşdırır. Feyxuanın qabığını soyub, onu ətçəkən maşından keçirin. Üzərinə bir az şəkər tozu əlavə edin. Bu şəkər xəstələrinə xeyirlidir. Aparılan kliniki təcrübələr nəticəsində müəyyən edilmişdir ki, feyxua şirəsi ateroskleroz, tireotokoz və sinqa xəstəliklərinin müalicəsi üçün əhəmiyyətlidir. Feyxuanın konservləşdirilmiş şirəsindən istifadə etmək də faydalıdır.

Xurma:
Xurmanın tərkibində 16 faiz qlükoza və fruktoza şəkəri, 0,8 faiz üzvü turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri var. Onun mühüm müalicə əhəmiyyəti çoxdur. Xurma zəiflik, qanazlığı, vitamin azlığı, xroniki mədə-bağırsaq xəstəlikləri üçün xeyirlidir. Həzm prosesinin fəaliyyətini artırır, maddələr mübadiləsini nizama salır. Həmçinin triotoksikoz, ürək-damar sistemi xəstəliklərinin müalicəsinə yaxşı təsir göstərir.

Etiketler