İdeal cinsi əlaqə neçə dəqiqə çəkməlidir? — Qadın və kişi üçün fərqi

İdeal cinsi əlaqə neçə dəqiqə çəkməlidir? — Qadın və kişi üçün fərqi

Yazar Yorum Yap 1 174 views

Alimlər “cinsi əlaqə nə qədər uzun çəkərsə bir o qədər yaxşıdır” inancını alt-üst ediblər. Onlar hesab edir ki, uzun müddət tələb edən seks hər iki partnyorda məyusluq yaradır və heç bir həzz vermir.

Medicina.az ideal cinsi əlaqənin müddətini araşdırıb.
Həkimlərin fikrinə görə, əgər seks 1-2 dəqiqə davam edirsə, bu qadın və kişidən birində və ya hər ikisinin səhhətində problem olduğunu göstərir.

Amerikan alimləri elmi tədqiqatlarında 3 il boyunca cütlüklər, seksoloqlar, həkimlərdən topladıqları məlumatları araşdıraraq bu ortaq qərara gəliblər ki, ideal cinsi əlaqə 12-13 dəqiqədən çox sürməməlidir. Qısa və baş tutmayan əlaqə 1 -2 dəqiqə çəkən akt hesab olunur.

Normal və sağlamlığa da faydalı akt 7-13 dəqiqə çəkən əlaqədir. Yəni 7 dəqiqədən tutmuş 13 dəqiqəyə kimi davam edərsə normaldır.

Çox uzun əlaqə müddəti faydasız və lazımsız hesab edilir.
Aparılan sorğu göstərib ki, qadınların 80%-i 10-12 dəqiqə çəkən əlaqədən razı qalıblar.

Əgər kişidə əlaqə 1-2 dəqiqə çəkirsə, bu erkən eakulyasiya problemidir.

Eləcə də ereksiyanın uzanması, 20-30 dəqiqə çəkməsi də problemdir. Bu kişinin stress, yorğun, depressiyada olmasından, eləcə də qadının qanedici olmamasından, eləcə də siqaret və içkidən qaynaqlanır.

Eləcə də həddən artıq uzun cinsi əlaqə diabet, prostatit, sidik yollarının infeksiyası, əməliyyatdan sonra, bel yırtıqları, beyin problemlərindən ola bilər.

Qadınlarda intim əlaqə müddəti çox variasiyalıdır və burda daha çox kişidən asılıdır. Lakin uzun və yorucu seks qadının tez yorulmasına və seksdən imtina etməsinə gətirib çıxara bilər.
Qadınlar üçün pik hədd 12 dəqiqə hesab edilir. Bura intim əlaqə öncəsi nəvaziş daxil deyil.
Qadınların orqazma çatması hormonal səviyyədən, əhvalından və kişi partnyorundan asılıdır.

Etiketler