Evdəki yüksək rütubət hansı xəstəliklərə səbəb olur?

Evdəki yüksək rütubət hansı xəstəliklərə səbəb olur?

Yazar Yorum Yap 19 views

Böyük Britaniya Milli Səhiyyə Xidmətinin nümayəndələrinin fikrincə, yüksək rütubət sağlamlığa zərərlidir.

Məsələn, kif müxtəlif allergenlər, qıcıqlandırıcılar və zəhərli maddələr yarada bilər. Buna görə də insanda burun axması, asqırma, dəri qıcıqlanması, gözlərin qızarması kimi allergiya əlamətləri müşahidə oluna bilər.

Bundan əlavə, kif astma tutmalarına səbəb ola, həmçinin tənəffüs yollarının yoluxucu xəstəliklərə və viruslara yoluxma ehtimalını artıra bilər.

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti əlavə edib ki, yüksək rütubət bəzi kateqoriyalı insanlar üçün xüsusilə təhlükəlidir. Bunlar uşaqlar, yaşlılar və ekzemadan (dəri xəstəliyi) əziyyət çəkənlərdir. Onlar yüksək rütubətli otaqlarda mümkün qədər az vaxt keçirməyə çalışmalıdırlar.

Etiketler