Azərbaycanda uşaqlar arasında yayılan virusun səbəbi açıqlandı

Azərbaycanda uşaqlar arasında yayılan virusun səbəbi açıqlandı

Yazar Yorum Yap 180 views

Uşaqlar arasında kütləvi virusun yayılmasının səbəbi açıqlanıb
“Son zamanlar uşaqlar arasında yayılan xəstəliklər içərisində rotavirus infeksiyası üstünlük təşkil edir”.
Medicina.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən 2 saylı Uşaq Klinik Xəstəxanasının infeksionisti Aynur Musayeva deyib.

Onun sözlərinə görə, həmin infeksiya daha çox mövsümi xarakterlidir: “Yəni soyuq aylarda, xüsusilə də qapalı məkanlarda infeksiyanın yayılmasına münbit şərait yaranır. Rotavirus infeksiyasının 5 yaşlı uşaqlar arasında rast gəlmə tezliyi yüksəkdir. Eyni zamanda 70-80 % hallarda erkən yaşlı uşaqlar da bu virusa yoluxur. Çünki həmin yaş qrupunda olan uşaqlarda anotomik, marfoloji və funksional cəhətləri yetkin deyil. Yoluxmanın ilkin əlamətləri qusma, ishal, yüksək hərarət və halsızlıqla başlayır. Ağır formada isə eksikoz baş verir”.

İnfeksionist valideynlərə müraciət edib: “Xəstəlik qəflətən başlayır. Vaxtında həkimə müraciət etməklə bunun qarşısını almaq mümkündür. Tövsiyə edərdim ki, xəstəliyin əlamətləri müşahidə edilən kimi ərazi üzrə həkimə müraciət etsinlər. Bütün hallarda sanitar gigiyenik qaydlara əməl edilməsi mütləqdir”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi son bir ayda uşaqlar arasında xəstələnmə hallarının epidemiya şəklində olduğunu açıqlamışdı.

Etiketler