Bir çoxumuz vitaminlərin adlarını bilirik və ya eşitmişik, amma hansı vitaminin hansı məhsulda olduğunu, faydalarını tamamilə bilmirik.
Yeniavaz.com vitaminlərin təsnifatını təqdim edir.
Vitaminlər iki qrupa bölünür:
1. Suda həll olan (C və B qrupu) vitaminlər;
2. Yağda həll olan (A, D, E, K) vitaminlər.
Vitamin A — maddələr mübadiləsinin sağlam bir şəkildə öz funksiyasını yerinə yetirməsi üçün A vitamini olan qidaları qəbul etmək lazımdır. Həmçinin inkişaf dövründə sümüklərin möhkəmlənməsində rol oynayır və göz sağlamlığı üçün vacibdir.
A vitamini olan qidalar: süd, pendir, portağal, yumurta, yerkökü, kərə yağı, balqabaq, brokoli və s.
Vitamin B1 — zəiflik, əzələ yorğunluğu və iştahasızlıq kimi şikayətləri aradan qaldırmaq üçün qəbul olunan bir vitamindir.
B1 vitamini olan qidalar: taxıllar (arpa, yulaf, bulqur), çərəzlər (qoz, fındıq, fıstıq), heyvan məhsulları (qaraciyər, böyrək və başqa daxili orqanlar), ət, süd, yumurta.
Vitamin B2 — dəri xəstəlikləri üçün faydalı vitamindir.
Vitamin B2 olan qidalar: ispanaq, kələm, süd və süd məhsulları, düyü, qarğıdalı, lobya, noxud, mərci, badam, qoz və s.
Vitamin B3 — Bəzən orqanizmə təsir edən hüceyrələrdə zədələnmiş strukturlar meydana gəlir. Vitamin B3 antioksidan funksiyası ilə bu zərərli elementlərlə mübarizə aparır.
Vitamin B3 olan qidalar: noxud, paxla, lobya, mərci, ət, toyuq, balıq, badam, günəbaxan tumu və s.
Vitamin B6 — enerji istehsalında vacib bir vitamindir. Qırmızı qan hüceyrələrində yarana biləcək problemlərin qarşısını almaqda təsirli olur.
Vitamin B6 olan qidalar: kəpəkli un, yulaf, bulqur, qırmızı ət, sarımsaq, turp, cəfəri, şüyüd və digər göyərtilər.
Vitamin B12 — unutqanlıq problemi üçün ən təsirli vitamindir. B12 heyvan zülalından alınan bir vitamindir. Ana və körpə sağlamlığı üçün ən vacib vitaminlərdən biridir. Əzələlərdəki sərtlik və gərilmə üçün faydalıdır.
B12 vitamin mənbələri ən çox heyvan qidalarında, xüsusən də ətdə olur.
Vitamin C — infeksiya səbəbi ilə immunitet problemlərinin müalicəsində istifadə olunur. C vitamini əlavələri diş əti xəstəliklərinin müalicəsində də geniş tətbiq edilir.
C vitamini tərkibli qidalar: narıncı və qırmızı rəngli meyvə-tərəvəzlər, naringi, portağal, şüyüd, çuğundur və s.
Vitamin D — Sümüklərin möhkəmlənməsi üçün vacib bir vitamin növüdür. D vitamininin əsas mənbəyi günəş işığıdır. Bu vitamin balıq yağı xaricində heyvan və bitki mənşəli qidalarda tapılmır. D vitamini çatışmazlığı piylənmə olan insanların sağlam bir şəkildə kilo verməsini çətinləşdirir. Tez-tez insulin qəbul edən xəstələrin D vitamini əlavələri qəbul etmələri tövsiyə olunur.
Vitamin E — yağ şəklində olan bu vitamin mədə xəstəliklərini aradan qaldırmaq üçün antioksidan olaraq bədənə əhəmiyyətli təsir göstərir.
E vitamini tərkibli qidalar: meyvə yağları, zeytun, zeytun yağı, qoz və qoz yağı, cəfəri, günəbaxan yağı, kərə yağı, turp və s.
Vitamin K — qanın qatılaşmasını təmin edir. K vitamini çatışmazlığında qan durulaşması problemi meydana gəlir. Bu səbəbdən K vitamini ürək-damar sağlamlığı üçün əhəmiyyətlidir. Uzun müddət dərman istifadə edən şəxslərdə K vitamini çatışmazlığı yarana bilər. Bu kimi hallarda vitamin əlavəsi istifadə etmək məsləhətlidir.
K vitamini olan qidalar: dəniz məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, balıq növləri və s.