Yaşlı adamlar hər gün bu giləmeyvəni yeməlidir — Alimlər

Yaşlı adamlar hər gün bu giləmeyvəni yeməlidir — Alimlər

Yazar Yorum Yap 288 views

50-60 yaşdan sonra insanlar hər gün bu giləmeyvəni yeməklə yaddaş itkisi və demensiya riskinin qarşısını ala bilərlər.

Day.Az bakupost.az-a istinadən xəbər verir ki, İngiltərə və İtaliya alimləri son elmi araşdırmada quşüzümünün yaşlılara təsirini öyrənib.

Tədqiqatda 50-80 yaş arası 50 könüllü iştirak edib. 12 həftə ərzində onların yarısına quru quşüzümü tozu verilib, bu 100 qram təzə giləmeyvəyə bərabərdir. Digər yarısına isə plasebo verilib.

Eksperimentdən əvvəl və sonra onlar beyin testlərindən keçirilib, beyin skan olunub, eləcə də qan analizləri alınıb.

12 həftə sonra nəticədə quşüzümü tozu qəbul edən insanlarda vizual epizodik yaddaşın, yəni gördüyünü yadda saxlamaq funksiyasının yaxşılaşdığı, gündəlik hadisələri xatırlamaq, beynin yaddaş hissəsində qan dövranının yaxşılaşması müşahidə olunub. Bütün bunlar da demensiya riskinin azalması deməkdir.

Etiketler